DİQQƏT! Bu qərar dolları ucuzlaşdırır
23 İyul 2022 13:53 İqtisadiyyatAvropa Mərkəzi Bankının (AMB) 2011-ci ildən bu yana ilk dəfə olaraq faiz dərəcəsini artırması avronun dollar qarşısında bahalaşmasına səbəb olub.
Olaylar.az xatırladır ki, iki gün öncə AMB faizləri 0,5 bənd artıraraq 0-0,75 səviyyəsinə çatdırıb.
Avrozona ölkələrində faizlər mənfi 0,5 və müsbət 0,25 intervalında idi.
Qeyd edək ki, ABŞ dollarının məzənnəsinə təsir edən əsas valyuta avrodur. Avro möhkəmləndikdə dollar ucuzlaşır, avro ucuzlaşdıqda isə dollar bahalaşır. Bu ilin iyulun 14-də avro/dollar kursu 0,99-a qədər geriləmişdi. Amma AMB-nin faiz qərarından sonra kurs 1,0213-ə qədər yüksəlib. Avronun bahalaşması Azərbaycanda da müşahidə edilir.
İyulun 14-də Azərbaycan Mərkəzi Bankında avro/manat arasında olan rəsmi məzənnə 1,704 olduğu halda, hazırda 1,73-dür. Lakin onu da bildirək ki, ABŞ mərkəzi bankı (FED) da faizləri artırmağa hazırlaşır. Əgər FED faizləri daha böyük nisbətdə artırarsa, o zaman, dollar yenidən bahalaşacaq.
Sfera.az