Rəsmi Moskva bu məsələdə ABŞ-ın razılığını gözləyir - 50 milyon ton taxıl ixrac edə bilər
20 İyul 2022 11:30 İqtisadiyyatRusiya prezidenti Vladimir Putin bəyan edib ki, Rusiya taxılına qoyulan məhdudiyyət aradan qaldırılarsa, ölkəsi .
O, bu açıqlamanı Tehranda keçirilən Astana Üçtərəfli Liderlər Zirvə Toplantısından sonra rusiyalı jurnalistlərə verib.
Putin qeyd edib ki, Ukrayna taxılının çıxarılmasına kömək etmək üçün Rusiya taxılına qoyulan məhdudiyyətlər aradan qaldırılmalıdır.
"Biz Ukrayna taxılının ixracına kömək edəcəyik, lakin Rusiya taxılının tədarükünə qoyulan bütün məhdudiyyətlər də aradan qaldırılmalıdır", - deyən Putin bu şərtlərə indiyədək heç kimin etiraz etmədiyini söyləyib:
"Amerikalı tərəfdaşlarımız da daxil olmaqla heç kimdən şərtlərimizlə bağlı etiraz eşitməmişik. ABŞ Rusiya gübrələrinə qoyulan məhdudiyyətləri aradan qaldırıb. Ümid edirəm ki, vəziyyəti yaxşılaşdırmaq istəyirlərsə, Rusiyanın taxıl ixracatında da eyni yanaşma tətbiq olunacaq. Biz indi hazırıq. Bizim taxıl ixrac potensialımız 30 milyon tondur. Bu ilin sonuna ixrac imkanlarımız 50 milyon tona yüksələcək".
Sfera.az