Aİ-də inflyasiya yüksələrərk 7,6 faizə çatacaq- “Bloomberg” səbəbləri açıqladı
14 İyul 2022 13:47 İqtisadiyyatAvropa Komissiyasının ilkin proqnozuna görə, 2022-ci il üçün Avropa İttifaqı ölkələrində illik inflyasiya əvvəlki proqnoza nisbətən pisləşəcək və 6,1 faizdən 7,6 faizə yüksələcək.
Olaylar.az Azpost.info-ya istinadən xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Agentliyin məlumatına görə, buna Rusiyanın Ukraynadakı hərbi əməliyyatları səbəb olub.
Proqnozlara görə, 2023-cü ildə inflyasiya səviyyəsi əvvəllər gözlənilən 2,7 faiz əvəzinə 4 faizə yüksələcək. ÜDM proqnozu da pisləşəcək və 2,7 əvəzinə 2,6, 2023-cü ildə 2,3 əvəzinə 1,4 faiz səviyyəsində olacaq.
Proqnozun pisləşməsinin əsas faktorları sırasında tələbata məhdudiyyətlər qoyan qiymət artımı, həmçinin qaz tədarükünün azalması ilə əlaqədar enerji qıtlığı göstərilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31