Quzu əti bahalaşıb - VİDEO
13 İyul 2022 15:37 İqtisadiyyatAzərbaycanda quzu əti bahalaşıb.
Olaylar.az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, bazarda qoyun əti 7-8, quzu əti isə 15-16 manatdır. Halbuki indiyə kimi quzu əti 13-14 manat idi.
Mövcud qiymət artımı vətəndaşları narahat edir. Onlar hazırkı qiymətin ciblərinə uyğun olmadığını deyirlər.
Bəs quzu ətinin baha olmasının səbəbi nədir? Ət satışı ilə məşğul olan şəxslər ölkə üzrə quzu ətinin topdansatış qiymətinin artdığını deyirlər.
Heyvandarlıq təsərrüfatlarının sahibləri də deyilən fikirləri təsdiqləyirlər.
Mal-qaranın əsas qidasını təşkil edən otun bahalaşmasının səbəblərindən biri məhsuldarlığın az olmasıdır. Digər səbəb isə xaricdən idxal olunan gübrələrin bahalaşmasıdır.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31