Deputat ipoteka kreditindən danışdı

Güzəştli ipoteka kreditlərinin verilməsinin genişləndirilməsinə ehtiyac var". Olaylar  xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında çıxış edən deputat Elşad Mirbəşir oğlu təklif səsləndirib. Deputat gənclərin ev sahibi olmaqla bağlı maneələrin aradan qaldırılmasını diqqətə çatdırıb: 
 
"İpoteka kreditləri ilə bağlı ilkin ödənişlərin və faiz dərəcələrinin yenidən müzakirəsinə ehtiyac var. 
Xüsusilə gənclərin ailə qurmadan öncə ipoteka kreditlərindən yararlanmasına şərait yaratmaq lazımdır ki, onlar da gənc ailə üzvü ola bilsinlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31