“Qazaxıstan üçün Transxəzər marşrutu prioritet istiqamətdir” – Prezident Tokayev

Qazaxıstan üçün neft tədarükünün şaxələndirilməsi mühüm vəzifədir.

Olaylar.az  Azpost.info-ya istinadən xəbər verir ki, "APA-Economics"in verdiyi məlumata görə, bu barədə Qazaxıstanın prezidenti Kasım-Jomart Tokayev ölkənin nəqliyyat-tranzit potensialının inkişafına həsr olunmuş müşavirə zamanı bildirib.

"Prioritet istiqamət Transxəzər marşrutudur. Mən "KazMunayQaz"a onun həyata keçirilməsi üçün ən yaxşı variantı, o cümlədən Tengiz layihəsindən investorların cəlb edilməsi imkanlarını işləyib hazırlamağı tapşırıram", - Kasım-Jomart Tokayev qeyd edib.

Prezident qeyd edib ki, hökumət "Samruk-Kazına" (Qazaxıstanın investisiya holdinqi - red.) ilə birlikdə Atırau-Kenkiyak və Kenkiyak-Kumkol neft kəmərlərinin ötürücülük qabiliyyətinin artırılması üçün tədbirlər görməlidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31