“Dünya iqtisadiyyatını qlobal geriləmə gözləyir, 2023-də çox çətin olacaq”– BVF rəhbəri

Gələn il dünya iqtisadiyyatı qlobal resessiya ilə üzləşə bilər.

Bunu "Reuters"ə müsahibəsində Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristalina Georgiyeva deyib.

"Qlobal artım proqnozu ilə bağlı apreldəki son yeniləməmizdən sonra vəziyyət əhəmiyyətli dərəcədə pisləşib", - Fond rəhbəri bildirib.

O, geniş yayılmış inflyasiya, daha böyük faiz artımı, Çinin iqtisadi yavaşlaması və Rusiyanın Ukraynadakı müharibəsi ilə əlaqədar sanksiyaların artmasına əsaslanaraq belə nəticəyə gəldiyini bildirib: "Dünya çox təlatümlü sulardadır. 2022-ci il çətin, 2023-cü il isə daha da çətin il olacaq".

Georgieyva 2022-ci il qlobal artım proqnozunu önümüzdəki həftələrdə 3.6 faizə endirəcəklərini və BVF iqtisadçılarının hələ də yeni rəqəmləri yekunlaşdırdıqlarını qeyd edib: "Son iqtisadi məlumatlar Çin və Rusiya da daxil olmaqla bəzi böyük iqtisadiyyatların ikinci rübdə yavaşladığını  göstərdi. 2023-cü ildə risklər daha da yüksək olacaq".

Azpost.info

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31