Qlobal iqtisadi böhran gözlənilir: XƏBƏRDARLIQ EDİLDİ
7 İyul 2022 12:07 İqtisadiyyatBeynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Kristalina Georgieva gələn il qlobal iqtisadi böhranın olacağına dair xəbərdarlıq edib.
O, açıqlamasında son iqtisadi məlumatların ikinci rübdə Çin və Rusiya kimi böyük iqtisadiyyatlarda yavaşlama və daralmaya işarə etdiyini söyləyib. "Risklər artıb, tənəzzül ehtimalını göz ardı edə bilmərik", - deyən BVF rəhbəri 2022 və 2023-cü illərin çətin dövr olacağını vurğulayıb:
2023-cü il üçün tənəzzül riskləri artıb. BVF 2022-ci il üçün daha əvvəl 3,6 faiz açıqlanan qlobal iqtisadi artım proqnozunu yaxın günlərdə aşağıya doğru yenidən nəzərdən keçirəcək. Bu, BVF-nin 2022-ci il üçün artım proqnozunun üçüncü reviziyası olacaq. BVF-nin iyulun son həftəsində 2022 və 2023-cü illər üçün qlobal ÜDM artımı proqnozlarına yenidən baxacaq".
Sfera.az