Azərbaycan 788 milyon manat borc qaytarıb
5 İyul 2022 16:05 İqtisadiyyatBu ilin I yarısında Azərbaycanın dövlət büdcəsi xərclərinin 8 714,1 milyon manatı və yaxud 67,4% cari xərclər, 3 434,8 milyon manatı və yaxud 26,5%-i əsaslı xərclər, 787,7 milyon manatı və yaxud 6,1%-i isə dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər olub. Bu barədə Maliyyə Nazirliyindən "Olaylar"a verilən məlumatda bildirilib.Məlumata görə, bunlar ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 13,8% çox, 12,5% çox və 10,8% azdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31