Mərkəzi Bankın valyuta ehtiyatları artıb

2022-ci il iyulun 1-nə olan vəziyyətə görə, Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 7,371 milyard dollar təşkil edib. "Olaylar" xəbər verir ki, bu barədə AMB-nin hesabatında bildirilib. Hesabata əsasən, bu göstərici ötən ayla müqayisədə 1,95 faiz çoxdur.Ötən ilin eyni dövrü ilə müqayisədə isə valyuta ehtiyatları 14,2 faiz artıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31