Neft Fondunun valyuta satışı azalıb

Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 2022-ci ilin iyun ayı ərzində 278,1 milyon ABŞ dolları məbləğində vəsait satılıb. "OLAYLAR" xəbər verir ki, bu barədə məlumatı Fondun ictimaiyyətlə əlaqələr departamenti yayıb. Qeyd edək ki, bu göstərici may ayı ilə müqayisədə azdır. Belə ki, may ayı ərzində Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 288,0 milyon ABŞ dolları məbləğində vəsait satılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31