AQTA sədri Gəncədə vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli iyulun 13-də saat 10:00-da Gəncə şəhər Heydər Əliyev Mərkəzində Gəncə, Samux və Kəlbəcər rayonlarından olan vətəndaşları qəbul edəcək.

"OLAYLAR" xəbər verir ki, bu barədə məlumatı AQTA-nın ictimaiyyətlə əlaqələr şöbəsi yayıb.

Bildirilib ki, vətəndaşlar adını, soyadını, atasının adını, müraciətinin məzmununu, yaşadığı ünvanı və telefon nömrəsini göstərməklə, [email protected] elektron ünvanına rəsmi şəkildə müraciət edərək və ya "1003-Çağrı Mərkəzi" ilə əlaqə saxlayaraq iyulun 12-dək qəbula yazıla bilərlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31