"Neftin bir barrelinin 85 dollar götürülməsi məqsədəuyğundur”- Nazir
28 İyun 2022 12:47 İqtisadiyyatMaliyyə naziri Samir Şərifov 2022-ci ilin dövlət büdcəsinə dəyişikliklər nəticəsində neftin bir barelinin qiymətinin 85 ABŞ dolları səviyyəsində götürülməsinə aydınlıq gətirib. Olaylar xəbər verir ki, nazir bununla bağlı Milli Məclisin plenar iclasında deputatların suallarını cavablandırarkən danışıb.
"Riskləri nəzərə alaraq neftin qiymətinin dövlət büdcəsində 75 ABŞ dollarına qədər endirilməsi təklif edildi. 2022-ci ilin beş ayında "Azeri Light" markalı xam neftin bir barrelinin orta ixrac qiyməti 106,3 ABŞ dollarına bərabər olub. 5 ay ərzində daxil olan vəsaitləri və növbəti 7 ayı üzrə daxil olacaq vəsaiti nəzərə alaraq, neftin bir barrelinin orta qiymətinin 85 dollar götürülməsi məqsədəuyğundur", - deyə nazir bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31