Parlament büdcə müzakirəsini davam etdirir
28 İyun 2022 11:42 İqtisadiyyatMilli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasında 2022-ci ilin dövlət büdcəsinə dəyişiklik layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb. Olaylar xəbər verir ki, plenar iclasda maliyyə naziri Samir Şərifov, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və digər rəsmilər iştirak edirlər.
Qeyd edək ki, bugünkü iclasda 15 məsələnin müzakirəsi nəzərdə tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31