“Görülən işlər böyük qayıdışın və böyük inkişafın əsasını qoyur”
24 İyun 2022 10:19 İqtisadiyyat"İşğaldan azad edilmiş Azərbaycan ərazilərində həyata keçirilən bütün infrastruktur layihələri Azərbaycan vətəndaşlarının həmin ərazilərə qayıdışını, dinc və firəvan həyatının təmin edilməsinə, iqtisadi-fəal güclənməsinə və təbii ki, ölkənin iqtisadiyyatına güc qatılmasına xidmət edir."
Bunu Olaylar.az-a açıqlamasında politoloq Elçin Mirzəbəyli söyləyib.
Onun sözlərinə görə, atılan hər addım, həyata keçirilən hər layihə mahiyyət etibarilə ölkənin iqtisadi, turizim potensialının güclənməsinə xidmət edən bir faktor kimi dəyərləndirlə bilər.
" Çünki mahiyyət etibarilə bu gün Azərbaycan təbiətinin ən gözəl guşəsi işğaldan azad edilmiş ərazilərimizdə yerləşir və bu ərazilərdə turizm müxtəlif sahələrini əhatə edən sağlamlıqdan başlamış digər istiqamətlərinə kimi müxtəlif sahələrinin inkişaf etdirlməsi mümkündür. Amma bu proseslər şübhəsiz ki, infrasturktur layihələri tam həyata keçirildikdən sonra və həmin ərazilərdə Azərbaycan vətəndaşlarının yaşayışı təmin edildikdən, iqtisadi fəallıq artdıqdan sonra mümkün olcaq. İndiki şəraitdə isə görülən işlər böyük qayıdışın və həmçinin də böyük inkişafın əsasını qoyur. Bu baxımdan atılan istənilən addımı müsbət qiymətləndirmək, təqdir etmək lazımdır".