Azərbaycandan Rumıniyaya qaz təchizatı ilə bağlı danışıqlar gedir- Nazir müavini

Azərbaycanın Rumıniyaya potensial qaz təchizatı ilə bağı danışıqları davam etdirirk.

Bunu Azərbaycan və Rumıniya Hökumətlərarası Komissiyanın iclasında energetika nazirinin müavini Kamal Abbasov deyib.

O bildirib ki, enerji sahəsində müxtəlif layihələrlə bağlı Azərbaycan və Rumıniya şirkətləri arasında işlər aparılır.

Nazir müavini vurğulayıb ki, qazdan elektrik enerjisi istehsalı ilə bağlı layihə də Rumıniya və Avropa İttifaqını maraqlandıran layihələr arasındadır.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31