Azərbaycanın büdcəsi qonşu dövlətlərin büdcəsindən 2 qat çoxdur
22 İyun 2022 12:53 İqtisadiyyatGürcüstanın dövlət büdcəsi 6.4 milyard dollar, Ermənistanın büdcəsi isə 4.4 milyard dollardır".
Olaylar xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında 2022-ci ilin dövlət büdcəsinə dəyişiklik layihəsinin müzakirəsi zamanı İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib. O qeyd edib ki, Azərbaycanın dövlət büdcəsi 2 qat çox olmaqla regionda liderliyi saxlayır:
"Son bir əsrdə ilk dəfədir ki, qlobal savaşlar sırasında ayaq altında qalmırıq. Yalnış siyasətin nəticəsinə düçar olmuruq. Bu prezidentimizin siyasətinin nəticəsidir. Büdcədə dəyişikliklər ərzaq xərclərinin artması, qıtlıq və ərzaq böhranına yol verilməməsinə xidmət edir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31