Büdcə Məclisi barədə təklif hazırlanb
22 İyun 2022 12:09 İqtisadiyyatAparılan təhlillər 2022-ci ilin yenidən baxılan dövlət büdcəsi layihəsində nəzərdə tutulan müdafiə olunan xərclərin qeyri-neft gəlirləri hesabına təmin olunma səviyyəsinin ilkin təsdiq edilmiş büdcə ilə müqayisədə artdığını göstərir". Olaylar xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin plenar iclasında deyib.
Onun sözlərinə görə, 2022-ci ilin təsdiq edilmiş büdcəsində 89,4% təşkil etsə də, yenidən baxılmış dövlət büdcəsində qeyri-neft gəlirlərinin artımı nəticəsində bu göstərici yüksələrək 99,8% səviyyəsində proqnozlaşdırılıb:
"Büdcə sistemini tənzimləyən qanunvericilikdə mövcud olan boşluq və uyğunsuzluqların aradan qaldırılması, eyni zamanda qabaqcıl təcrübəyə uyğun fiskal sahəyə dair yeni yanaşmaları da ehtiva edən Büdcə Məcəlləsi ilə bağlı ilkin təkliflərimiz Maliyyə Nazirliyinə təqdim edilib. Bu təklifləri Milli Məclisə də təqdim etməyi nəzərdə tuturuq.
Qeyd edim ki, təkliflərin demək olar ki, yarıdan çoxu fiskal sahəni tənzimləyən qanunvericilikdə boşluqlarla bağlıdır. Burada biz "Büdcə sistemi haqqında" Qanunun 22 maddəsində, "Dövlət borcu haqqında" Qanunun 5 maddəsində, eyni zamanda digər hüquqi aktların 5 bəndində olan uyğunsuzluq və boşluqların Büdcə Məcəlləsində nəzərə alınmasını təklif etmişik, bundan başqa 27 təklif Məcəllədə yeni yanaşmaların tətbiqi ilə bağlıdır".