Ratan Əfəndiyevə maliyyə sanksiyası!
22 İyun 2012 19:06 İqtisadiyyatMəlumat verildiyi kimi, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 41 ünvanında Ratan Əfəndiyevə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı
ətli və xəmirli yarımfabrikat məhsullarının uyğunluq sertifikatı və müvafiq reseptura olmadan istehsal edilməsi, yarımfabrikat məhsullarının saxlama müddətinin heç bir normativ sənədə əsaslanmadan təyin olunması, istehsal edilən yarımfabrikat məhsullarının insan orqanizmi üçün təhlükəli olması səbəbindən bu təsərrüfat subyekti barəsində İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılmışdı.
Dövlət Xidmətində istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verilməsi ilə bağlı işə baxılmış və "Haqsız rəqabət haqqında" Azərbaycan Respublikası Qanununun tələblərini pozduğuna görə Ratan Əfəndiyevə 2,6 min manat maliyyə sanksiyası tətbiq edilmişdir.