Sertifikat xidmətlərinin göstərilməsi üçün sənədlərin nümunəvi formaları təsdiq edilib

İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi sahəsinin genişləndirilməsi, göstərilən elektron xidmətlərin təkmilləşdirilməsi, eləcə də "Asan İmza Sim-kartı" və "Rəqəmsal ID kartı" üzrə dövlət orqanlarına, hüquqi və fiziki şəxslərə sertifikat xidmətlərinin göstərilməsi məqsədilə yaradılmış Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) may ayından etibarən fəaliyyətə başlamışdır. Nazirliyin Analitik inormasiya şöbəsindən "Olaylar"a verilən məlumata görə, artıq Vergilər Nazirliyi tərəfindən ASXM-in fəaliyyəti ilə bağlı səlahiyyətli şəxs müəyyən edilib və ona bir sıra hüquqlar verilib. Eyni zamanda, ASXM-in fəaliyyətinin həyata keçirilməsi ilə bağlı aidiyyəti vergi orqanı əməkdaşlarının siyahısı təsdiq edilib. Məlum olduğu kimi, "Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş "Sertifikat xidmətlərinin göstərilməsi, sertifikatın verilməsi və reyestrin aparılması Qaydaları"nda sertifikat xidmətlərinin göstərilməsi, sertifikatın verilməsi qaydaları, tərəflərin hüquq və vəzifələri, Sertifikatın qüvvəsinin dayandırılması, bərpa edilməsi və ləğv edilməsi qaydaları ilə bağlı normalar nəzərdə tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31