Özbəkistanla imzalanan sənədlər yeni əlaqələrin qurulmasına imkanlar yaradacaq - Nazir - FOTO

Özbəkistanla imzalanan sənədlər yeni əlaqələrin qurulmasına imkanlar yaradacaq.

Olaylar.az xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün tvitter hesabında qeyd edib.

"Özbəkistan-Azərbaycan biznes forumu çərçivəsində imzalanan sənədlər əqli mülkiyyət, sənaye, enerji, tikinti, turizm, ixrac və investisiyaların təşviqi, ticarət, KOB-lar və s. sahələrdə yeni əlaqələrin qurulmasına, biznes qurumlarımız arasında əməkdaşlığın genişlənməsinə əlavə imkanlar yaradacaq", - paylaşımda deyilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31