Süni qiymət artımının qarşısı mütləq alınmalıdır- Deputat

"Azərbaycandakı daxili vəziyyəti, inflyasiyanın artacağını bilirik". "Olaylar" xəbər verir ki, bununla bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında komitə üzvü Vahid Əhmədov deyib. O qeyd edib ki, infilyasiya ilə mübarizə tədbirləri hökumət tərəfindən ciddi işlənməlidir. Xüsusilə süni qiymət artımının qarşısı mütləq alınmalıdır: "Sosial müdafiə ilə bağlı ciddi şikayətlər var. İndiyə qədər qazilərin məsələsini həll edə bilməmişik. 11-12 min qazi var, onların problemlərini həll etməkdə nə problem var ki? Maliyyə ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin problemi yoxdur. Biri özünü yandırır, intihar edir, biri nazirliyə hücum edir, etirazlarını bildirirlər və s. Əmək naziri onlarla bir görüş keçirib, söhbət edə bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31