Dövlət büdcəsinə dəyişiklik müzakirə olunur
20 İyun 2022 11:38 İqtisadiyyatMilli Məclisdə cari ilin dövlət büdcəsinə dəyişiklik müzakirə olunur. "Olaylar" xəbər verir ki, parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında layihə müzakirəyə çıxarılıb. Komitə iclasına maliyyə naziri Samir Şərifov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, Dövlət Sosial Müdafiə Fondunun direktoru Himalay Məmişov, Dövlət Məşğulluq Agentliyinin İdarə heyətinin sədri Mustafa Abbasbəyli və digər rəsmilər də iştirak edirlər. Layihəni Milli Meclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31