Əhalinin banklardakı pullarının məbləği açıqlanıb

Əhalinin banklardakı əmanətlərinin məbləği il ərzində 25,9 faiz artaraq 2022-ci il may ayının 1-nə milli valyuta ekvivalentində 10515,4 milyon manat təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsindən "Olaylar"a verilən məlumatda bildirilib. Qeyd edilib ki, əmanətlərin 60,4 faizi milli, 39,6 faizi xarici valyutada qoyulub. Milli valyutada olan əmanətlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 48,1 faiz, xarici valyutada qoyulmuş əmanətlərin məbləği isə 2,5 faiz artıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31