Yeni büdcə qanunvericiliyinin hazırlanmasına ehtiyac var-Komitə sədri
17 İyun 2022 12:20 İqtisadiyyatAzad olunmuş ərazilərin bərpası üçün nəzərdə tutulan vəsaitin 99%-nin icrası təmin edilib. Olaylar xəbər verir ki, bununla bağlı Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən plenar iclasında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verib.
Deputat bildirib ki, hesabat ilində "Azerlight" markalı neftin 1 barrel qiyməti nəzərdə tutulandan 79% çox olub: "Büdcə gəlir və xərclərinin daha dəqiq planlaşdırılması və daha dəqiq icrası üçün yeni büdcə qanunvericiliyinin hazırlanmasına ehtiyac var. Büdcə gəlirlərinin potensiala daha yaxın qiymətləndirilməsi üçün yeni yanaşmalara ehtiyac yaranıb".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31