Ərzaq təhlükəsizliyi sosial-iqtisadi siyasətin əsas prioritetlərindəndir
14 İyun 2022 13:57 İqtisadiyyatİqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Ərzaq Təhlükəsizliyi üzrə İslam Təşkilatının baş direktoru Yerlan Baidaulet ilə görüşüb. "Olaylar" xəbər verir ki, görüşdə bildirilib ki, ərzaq təhlükəsizliyinin davamlı olaraq möhkəmləndirilməsi Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin əsas prioritetlərindəndir. Bu strateji məsələ daim diqqətdə saxlanılır və ərzaq ehtiyatlarına xüsusi önəm verilir.
Görüşdə Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatında fəal rol oynadığı diqqətə çatdırılıb, ölkəmizin Ərzaq Təhlükəsizliyi üzrə İslam Təşkilatına üzvlüyü, həmçinin Təşkilatın 10 illik strategiyası, Ərzaq Təhlükəsizliyi Deklarasiyası və "Grain Fund" (taxıl fondu) barədə fikir mübadiləsi aparılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31