“Bakı Banklararası Valyuta Birjası” ləğv edilib
8 İyun 2022 19:54 İqtisadiyyatAzərbaycanda banklar arasında valyuta əməliyatlarının aparılması ilə məşğul olan "Bakı Banklararası Valyuta Birjası" QTSC ləğv edilib.
Olaylar.az bildirir ki, Dövlət Vergi Xidməti xəbər verir ki, bu barədə birjanın təsisçiləri məlumat yayıb.
Elanda bildirilib ki, kreditorlar iki ay ərzində tələblərini 1014 Bakı şəhəri, Nəsimi rayonu, R.Rza küçəsi, ev 75, mənzil Winter Plaza, otaq 304 ünvanına bildirə bilərlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31