Nazirlik dövlət istiqrazlarını yerləşdirib
8 İyun 2022 15:44 İqtisadiyyat07 iyun 2022-ci il tarixində "Bakı Fond Birjası" QSC-də Maliyyə Nazirliyinin AZ0108015949 ISIN kodlu, tədavül müddəti 1820 gün olan dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. Maliyyə Nazirliyindən Olaylar-a bildirilib ki, AZ0108015949 ISIN kodlu dövlət istiqrazları üzrə investorlar tərəfindən təqdim edilən sifarişlərin nominal üzrə ümumi məbləği 104,3 milyon manat təşkil edib. Maliyyə Nazirliyi tərəfindən 56,5 milyon manat məbləğində dövlət istiqrazlarının rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiyməti 96,9289 (gəlirlilik 6,7335%) səviyyəsində müəyyən edilib. İstiqrazların ödəmə müddəti 01 iyun 2027-ci ildir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31