"Bu, ilk növbədə Azərbaycan qazı olacaq"- Zorana Mixayloviç

Serbiya Azərbaycandan qaz əldə etmək üçün həcmləri rezerv edəcək.

Olaylar.az bildirir ki, bunu Serbiya baş nazirinin müavini, dağ-mədən sənayesi və energetika naziri Zorana Mixayloviç deyib.

Onun sözlərinə görə, Rusiya Serbiyaya ildə 2,2 milyard kubmetr qaz tədarük edir, amma ölkədə illik qaz istehlakı təxminən 3 milyard kubmetr təşkil edir.

"Qalan fərq qismən Macarıstandakı qaz anbarından təmin olunacaq. Gələn il biz həm də təxminən 40 faiz qazı Niş-Dimitrovqrad qaz xətti ilə ala biləcəyik. Biz gözləyirik ki, bu, ilk növbədə Azərbaycan qazı olacaq. Artıq qaz xəttinin tikintisinin başa çatacağı dövr üçün tədarük həcmlərinin rezervləşdirilməsi üçün danışıqlar aparılır", - deyə o bildirib.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31