Son 4 ildə müavinətlər üzrə ayrılan illik vəsait 3 dəfə artıb
7 İyun 2022 12:57 İqtisadiyyatSon 4 ildə həssas qruplara yönələn müavinət və təqaüdlərin, ünvanlı yardımların artırılması istiqamətində də ardıcıl olaraq mühüm addımlar atılıb. Eyni zamanda, həmin sosial ödənişlərin əhatə dairəsi xeyli genişlənib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "Olaylar"a bildirilib ki, bu proseslər müvafiq istiqamətlər üzrə ayrılan vəsaitlərdə də ciddi artımlarla nəticələnir.2018-2022-ci illərdə dövlət büdcəsindən müavinətlər üzrə ayrılan illik vəsaitin məbləği 3 dəfə, təqaüdlər üzrə ayrılan illik vəsaitin məbləği 5,1 dəfə artıb. Ünvanlı sosial yardımla üzrə ayrılan illik vəsaitdə isə 30 faiz artım baş verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31