Dərmanları məqsədli şəkildə bahalaşdırırlar - Deputat

Bu gün dərman qiymətlərində artım müşahidə olunur.  "Olaylar" xəbər verir ki, bu barədə deputat Rüfət Quliyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib."Əvvəl aldığımız dərmanı biz iki qatına yaxın qiymətə alırıq. Hazırda bəzi dərmanların kiçik ölçüləri yoxa çıxır. 0,5 qramlıq, 1 qramlıq dərmanın qiymətinə satılır. Burda da xəstə məcburdur ki, eyni dərmandan 2 ədəd alsın", R.Quliyev deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31