Türkiyədə Özbəkistan kapitallı şirkətlərin sayı açıqlanıb

2022-ci ilin yanvar-aprel aylarında Türkiyədə Özbəkistan kapitalı ilə 27 şirkət qeydiyyata alınıb ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə yeddi şirkət azdır.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

Məlumatda qeyd olunur ki, hesabat dövründə, qeydiyyata alınan Özbəkistan şirkətlərinin sayı qismən azalıb, lakin onların ümumi kapıtalı artıb.

"Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Özbəkistan şirkətlərinin məcmu kapitalı 19,9 milyon türk lirəsi olduğu halda, 2021-ci ilin eyni dövründə bu rəqəm 2,9 milyon türk lirəsi təşkil edib"- deyə TOBB-dan bildirilib.

TOBB-dan o da qeyd olunub ki, 2022-ci ilin yanvar-aprel aylarında Özbəkistan şirkətlərinin əksəriyyəti İstanbulda (24) qeydiyyata alınıb.

"İstanbulda qeydiyyatdan keçən Özbəkistan şirkətlərinin ümumi kapitalı 19,6 milyon türk lirəsi təşkil edib", - deyə TOBB-dan bildiriblər.

Qeyd olunub ki, 2022-ci ilin yanvar-aprel aylarında Türkiyədə Özbəkistan kapitallı dörd istehsal, 13 topdansatış şirkəti qeydiyyata alınıb.

Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak edir.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31