Ən yeni texnologiyalar sayəsində enerjinin 40 faizdən çoxuna qənaət etmək mümkün olacaq - "Baker Hughes"
2 İyun 2022 15:51 İqtisadiyyatArtan tələbat fonunda enerji itkilərini azaltmaq lazımdır.
Bunu "Baker Hughes" şirkətinin baş icraçı direktoru Lorentso Simonelli Bakıda keçirilən 27-ci Enerji Forumunda deyib.
"Bu gün tələb və istehlak artdığı üçün çoxlu enerji tələb olunur. Eyni zamanda enerji təkcə təmiz deyil, həm də etibarlı olmalıdır", - deyə o bildirib.
Onun sözlərinə görə, enerji səmərəliliyi barədə danşarkən başa düşmək lazımdır ki, dayanıqlı inkişaf məqsədlərinə nail olmaq prosesində çox enerji itirilir.
"Ən yeni texnologiyalar sayəsində biz enerjinin 40 faizdən çoxuna qənaət edə biləcəyik, bu isə sıfır tullantı hədəfinə çatmağa töhfə verəcək", - L.Simonelli deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31