Azərbaycana beş ayda 8 milyon dollarlıq yardım gətirilib

Cari ilin yanvar-may ayları ərzində Azərbaycana 8 mln. 17 min dollar həcmində humanitar yük, təmannnasız kömək və texniki yardım daxil olub.  Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, bu müddətdə ölkədən 67 min dollar həcmi yardım göndərilib. Məlumatda o da bildirilir ki, ilk beş ayda cəmi ticarət əməliyyatlarının həcmi 14 mlrd. 725 mln. 615 min dollar, idxal 4 mlrd. 359 mln. 811 min manat, ixrac 10 mlrd. 365 mln. 804 min dollar təşkil edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31