Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında böyük rol oynayır - Laura Loxman
2 İyun 2022 12:17 İqtisadiyyatCənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında böyük rol oynayır.
Trend-in məlumatına görə, bunu ABŞ dövlət katibi müavininin enerji diplomatiyası üzrə müşaviri Laura Loxman Bakıda keçirilən 27-ci Enerji Forumunda deyib.
"Xəzər regionu və Cənub Qaz Dəhlizi Aİ-nin enerji təhlükəsizliyində vacib rola malikdir", - L.Loxman deyib.
Onun sözlərinə görə, eyni zamanda "yaşıl" enerjiyə keçidin vacibliyini unutmaq lazım deyil.
"ABŞ enerji keçidi baxımından Aİ-nin siyasətini dəstəkləyir. Biz həm də Azərbaycanın bununla bağlı səylərini də qiymətləndiririk", - deyə o bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31