“AtaSığorta”da auditorlar tərəfindən yoxlama aparılıb
22 İyun 2012 17:14 İqtisadiyyat"AtaSığorta" Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının 2011-ci maliyyə ilinin yekunlarına həsr olunmuş növbəti illik ümumi yığıncağı keçirilib. "OLAYLAR"-a daxil olan məlumata görə, ümumi yığıncaqda cəmiyyətin 2011-ci ilin yekunları üzrə İdarə Heyətinin, Direktorlar Şurasının, Təftiş Komissiyasının hesabatları dinlənilib. Həmçinin kənar müstəqil auditor tərəfindən yoxlanılaraq rəy verilmiş 2011-ci ilin yekunları üzrə maliyyə hesabatları təsdiq olunub və şirkətin fəaliyyətinin gücləndirilməsi barədə qərarlar qəbul edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31