Mahaçqala-Bakı reysi bərpa edilir
31 May 2022 18:50 İqtisadiyyatRusiyanın "Utair" aviaşirkəti Mahaçqala-Bakı-Mahaçqala marşrutu ilə uçuşları bərpa edir.
Olaylar.az bu barədə Mahaçqala hava limanının mətbuat xidmətinə istinadən məlumat verir.
Qeyd olunur ki, reyslər həftədə iki dəfə, cümə və bazar günləri yerinə yetiriləcək.
Mahaçqaladan saat 15:00-da yola düşən təyyarə 17:30-da Bakıda eniş edəcək. Əks istiqamətdə isə təyyarə Bakıdan 18:30-da havaya qalxacaq, yerli vaxtla 18:30-da Mahaçqalaya çatacaq.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31