BVF: Bu il Azərbaycanda 3,1%-lik iqtisadi artım gözlənilir

CS. Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycanda 2012-ci ildə iqtisadi artımın 3,1% olacağını, 2013-cü ildə isə 1,9% səviyyəsinə düşəcəyini proqnozlaşdırır. "APA-ECONOMICS"in məlumatına görə, bu barədə BVF-nin yeni hazırladığı "Dünya iqtisadiyyatının icmalı"nda deyilir.

BVF-nin şərhinə əsasən, Azərbaycanda iqtisadi artıma dəstək qeyri-neft sektoru tərəfindən gələcək.

Xatırladaq ki, 2011-ci ildə Azərbaycanda iqtisadi artım 0,1%, 2012-ci ilin I rübündə isə 0,5%-ə bərabər olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31