Komitə sədri büdcənin icrasını müsbət QİYMƏTLƏNDİRDİ

Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında qanun layihəsi və "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat"  "Büdcə sistemi haqqında" Qanun ilə müəyyən edilmiş müddətdə və formada Milli Məclisə təqdim edilib. Həm layihə, həm də hesabat tələb olunan məlumatları əhatə edərək qanunla müəyyən olunmuş qaydada tərtib olunub. Olaylar  xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib. Komitə sədri bildirib ki, Qanun layihəsi və hesabat Hesablama Palatasına rəy üçün təqdim edilib və bu rəy palata tərəfindən Milli Məclis üzvlərinə təqdim edilib. Əlavə olaraq Maliyyə Nazirliyi tərəfindən 2021-ci il dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilmiş dövlət proqramları və tədbirlər haqqında geniş məlumat və Hesablama Palatasının rəyinə yazılmış şərhlər deputatlara təqdim edilib:
 
"2021-ci ilin Dövlət büdcəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi strateji inkişaf prioritetləri, sosial-iqtisadi siyasət və təhlükəsizlik çağırışları istiqamətləri ilə uzlaşdırılaraq qlobal iqtisadiyyatda gedən proseslərin, Covid-19 Pandemiyasının və Vətən müharibəsindən sonra quruculuq işlərinin icmal və dövlət büdcələrinin əsas parametrlərinə ehtimal olunan təsirləri nəzərə alınmaqla çevik formada icra olunub".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31