Qarabağın bərpasına ayrılmış vəsaitin 99 faizi xərclənib
31 May 2022 11:32 İqtisadiyyatÖtən il işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurması üçün ayrılan vəsaitin 99 faizi xərclənib. Olaylar xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib. Komitə sədri qeyd edib ki, 2021-ci ilin büdcəsinin icrasında nəzərdə tutulmuş məbləğ azad olunmuş ərazilərə sərf edilib:
"Ötən il ayrılan 2 milyard 200 milyon manatın 99 faizinin icrası təmin edilib. Bu xərclər yolların çəkilməsinə, tikinti-quruculuq işlərinin həyata keçirilməsinə sərf olunub".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31