Azərbaycan və Polşa arasında birbaşa aviareysin açılması iki ölkə xalqlarının yaxınlaşmasına töhfə verəcək - Agentlik (FOTO)
28 May 2022 19:24 İqtisadiyyatAzərbaycan və Polşa arasında birbaşa aviareysin açılması iki ölkə xalqlarının yaxınlaşmasına töhfə verəcək.
Olaylar.az bildirir ki,, bunu Azərbaycan Dövlət Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımov Varşava-Bakı-Varşava beynəlxalq aviareysinin açılması münasibətilə keçirilən mətbuat konfransında deyib.
"Son iki ildə agentliyimiz ölkəmizin xaricdə tanıdılması istiqamətində işlər aparıb və aparmaqda davam edir. Bu işlərin nəticəsi olaraq Azərbaycan və Polşa xalqlarının yaxınlaşmasına töhfə verəcək birbaşa aviareysin açılması hesab oluna bilər", - deyə K.Qasımov əlavə edib.






Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31