Azərbaycanla Türkiyə arasında 4 sənəd imzalanacaq

"Türkiyənin Sənaye və Texnologiya Nazirliyi ilə Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi arasında imzalanan birgə əməkdaşlığa dair protokola uyğun olaraq Türkiyədəki texnoparkların bənzərini Azərbaycanda qurmaq niyyətindəyik".

Bunu jurnalistlərə açıqlamasında Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank deyib.

Onun sözlərinə görə, söhbət startapçılar üçün yaradılacaq məkandan gedir ki, onlar burada öz layihələrini inkişaf etdirə biləcəklər:

"Bununla yanaşı KOB-larla bir anlaşmamız olacaq. Təbii ki, bir nazirlik olaraq biz iki ölkə arasındakı iqtisadiyyatı möhkəmləndirərək 4-ə yaxın sənəd imzalayacağıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31