TEKNOFEST-də investorların da iştirakı layihələrə investisiya cəlbinə imkan verəcək - Rəşad Nəbiyev

Bakıda TEKNOFEST festivalında 25 ölkədən 50-dən çox komanda və mindən çox iştirakçı yer alır.

Bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.

Onun sözlərinə görə, komandalar dörd gün ərzində öz layihələri üzərində işləyəcək.

Festivalda investorların və vençur fondlarının rəhbərlərinin iştirakı bu layihələrə investisiya cəlb etməyə imkan verəcək.

"TEKNOFEST-in iştirakçıları pul mükafatları ilə yanaşı, böyük təcrübə də qazanacaqlar. Festivalda iştirak bu komandalara həm də gələcəkdə texnika və texnologiya istehsalçı şirkətləri kimi formalaşmağa imkan yaradacaq", - nazir deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31