Hadrutda televiziya stansiyası istismara veriləcək
26 May 2022 13:56 İqtisadiyyatYaxın zamanlarda Hadrutda televiziya stansiyasının istismara verilməsi planlaşdırılır. Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov deyib. Onun sözlərinə görə, Qarabağda kommunikasiya xətlərinin tikintisi plana uyğun davam edir.
"Artıq IT infrastrukturunun tikintisi üzrə işlərin böyük hissəsi görülüb", - R.Rüstəmov bildirib.
trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31