Ərdoğan Azərbaycanla balıqçılıq sahəsində əməkdaşlığa dair sazişi təsdiqləyib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Türkiyə Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında balıqçılıq sahəsində əməkdaşlığa dair sazişi"u təsdiqləyib.

Bu barədə müvafiq qərar "Resmi Gazete"də dərc olunub.

Qeyd edək ki, sözügedən sənəd 2021-ci il noyabrın 11-də Ankarada imzalanıb.

Milli.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31