Maliyyə naziri qazın qiymətindən danışdı

"Ötən ilin əvvəlində Azərbaycanda yanacağın, qazın və digər məhsulların qiymətləri artırılıb"."Olaylar"ın məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "2021-ci ilin dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsində deyib.Nazir bildirib ki, hökumət bu addımı atmağa məcbur olub: "Bu, çox ağır addım idi. Amma bu gün dünya miqyasında qazın qiymətinə baxsaq, görərik ki, bizdə qiymət heç nədir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31