“İnflyasiyadan istifadə edənlər var”- Deputat
25 May 2022 14:29 İqtisadiyyat"Azərbaycanda infilyasiya ilə bağlı rəqəmləri yoxlamağa ehtiyac var. Daxildə bizim kifayət qədər problemlərimiz var". "Olaylar"ın xəbərinə görə, bunu deputat Vahid Əhmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "2021-ci ilin dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsində deyib. "İqtisadiyyat Nazirliyi bu istiqamətdə xeyli işlər görür, amma kifayət deyil. Azərbaycanda gündəlik təlabat mallarının qiymətlərinə yenidən baxılmalıdır. İnflyasiyadan istifadə edənlər var", - deyə deputat qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31