Dünyanın ən böyük şəkər istehsalçısı ixracı məhdudlaşdırır
25 May 2022 14:06 İqtisadiyyatHindistan cari ildə şəkər ixracına 10 milyon ton limit təyin etmək niyyətindədir.
Bununla hökumət daxili bazarda qiymətləri sabitləşdirməyə hazırlaşır. Eyni zamanda, məhsulun maya dəyərinin artması elektrik enerjisinin bahalaşması ilə əlaqədar olan tədarük çatışmazlığı səbəbindən yaranıb.
Qeyd edək ki, Hindistan dünyanın ən böyük şəkər istehsalçısıdır.
Bundan əlavə, Braziliyanın şəkər zavodları enerji böhranından yararlanmaq üçün öz xammallarından şəkər əvəzinə yanacaq (etanol) istehsal etmək üçün istifadə edirdilər.
Bu o deməkdir ki, yaxın gələcəkdə şəkər və qənnadı məmulatlarının qiymətləri yenidən bahalaşa bilər.
Realindex
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31