"Sülh müqaviləsinin imzalanması Orta Dəhlizin etibarlılığını daha da artıracaq - Mikayıl Cabbarov
23 May 2022 19:02 İqtisadiyyatAzərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması Orta Dəhlizin etibarlılığını daha da artıracaq.
Olaylar.az bildirir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Davosda Dünya İqtisadi Forumunda çıxışı zamanı deyib.
"Sülh müqaviləsinin imzalanması Orta Dəhlizin etibarlılığının daha da artması, qarşılıqlı səmərəli regional əməkdaşlıq və ilk növbədə, Cənubi Qafqazda sülhün və sabitliyin bərpası deməkdir", - nazir deyib.
O əlavə edib ki, Azərbaycan sülh müqaviləsinin tezliklə imzalanmasının tərəfdarıdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31