2013-cü ildə ölkəyə 40 minə yaxın avtomobil idxal edilib
25 İyun 2013 16:27 İqtisadiyyat2013-cü ilin yanvar-may ayları ərzində Azərbaycana 39 min 711 avtomobil idxal edilib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, bunun da 35 min 816 ədədini əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri təşkil edib. Qalan 3 min 35 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 440 ədədi xüsusi təyinatlı nəqliyyat vasitələri, 420 ədəd sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitəsi olub. Məlumatda bildirilir ki, 2012-ci ildə ölkəyə ümumilikdə 1 mlrd. 119 mln. 546 min dollar həcmində 101 min 255 avtomobil idxal olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31